image-tbrz
Yeni ildə hansı malların satışı qadağan edilir? AÇIQLAMAbackend

Yeni il ərəfəsində hansı malların satışı qadağan edilir? AÇIQLAMA

Yeni il ərəfəsində insanlar bir çox zərərli avadanlıqlardan istifadə edir. Bu avadanlıqların istifadəsi məhdudlaşdırılacaqmı?

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, mülki dövriyyəsi məhdudlaşdırılmış məhsulların tənzimlənməsi sahəsində fərmanın olduğunu və bu fərmanın tələblərini açıqlayıb.

Təhlükəsizlik eksperti: Normal liftlərdə qaldırıcı kanatlar qırılsa belə...

“Ölkədə pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb. Bu məmulatların dövriyyəsi yalnız Fövqəladə Hallar Nazirliyinin xüsusi icazəsi əsasında yol verilə bilər.”

Onun sözlərinə görə, hər yeni il ərəfəsində pirotexniki məmulatların istifadəsi zamanı çoxsaylı insanların xəsarət alması qeydə alınır:

“Pirotexniki məmulatlar xüsusi kateqoriyaya bölünür. O kateqoriyalar pirotexniki məmulatların yayılma radiusuna uyğun olaraq tənzimlənir. Yəni, daha az yayılma radiusuna uyğun pirotexniki məmulatların satışı icazə əsasında həyata keçirilə bilər. Məmulatların üzərində istehsalçı barədə məlumatlar, aid olduğu kateqoriya, istifadə qaydaları, istifadə müddəti və istifadə ilə bağlı məlumatlar öz əksini tapmalıdır. Məhsulun sertifikatı mütləq üzərində nömrə ilə göstərilməlidir.”

Ekspert bu cür vasitələrdən yaşayış binalarının yaxınlığında, əsasən, insanların çox toplaşdığı ərazilərdə istifadəyə yol verilməməli olmasından söz açıb:

“Yanğın riskinin və insanlara xəsarət yetirmə ehtimalının yüksək olduğu ərazilərdə pirotexniki vasitələrdən istifadə edilməməlidir. Həmçinin, hər bir pirotexniki vasitənin sənədləri və lisenziyaları olmalıdır.”

Bəs, pirotexniki vasitələrdən istifadə edərkən nələrə diqqət yetirmək lazımdır?

“Bu vasitələrdən istifadə edərkən mütləq tam təhlükəsiz bir məkan seçilməli, sonra isə təminatlara uyğun olaraq istifadə edilməlidir. Yeni il ərəfəsində hər kəs balkonlara çıxıb pirotexniki vasitələrdən istifadə edir. Ancaq tələblərə görə balkonlardan bu cür vasitələrdən istifadə qadağandır. Çünki, ətrafa çox ciddi təhlükə aşılayır.”

Qeyd edək ki, icazə əsasında həyata keçirilən məmulatların mütləq sertifikatı olmalıdır. Bu satışı həyata keçirən şəxslərin dövlət orqanlarından icazələri olmalıdır.

Fatimə Məmmədova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki