Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya növbəti ağır itki üz verib.
İNFOAZ.WS manset.az-a istinadən xəbər verir ki, əməkdar jurnalist, “Üç nöqtə” qəzetinin baş redaktoru, “Səni axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib.
X.Baxşəliyevanın bir neçə həftə bundan əvvəl anası Ofeliya xanım da dünyasını dəyişmişdi
Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.