image-tbrz
image-67e7c680616c267e7c680616c3174324288067e7c680616c067e7c680616c1backend

XİN: Tailand və Myanmada zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur

Tailandda və Myanmada baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.

Bunu İNFOAZ.WS-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.

Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.

Myanmada güclü zəlzələ nəticəsində isə ölənlərin sayı 1000-i ötüb, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki