image-tbrz
image-11backend

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

İNFOAZ.WS -in xəbərinə görə, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki