image-tbrz
tabut vefat etdibackend

Xalq artisti vəfat etdi

Udmurt Respublikasında faciəli hadisə baş verib. Yaşlı kişi balıq tutarkən güclü elektrik cərəyanına tuş gəlib və aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Bu barədə Udmurt Respublikasının Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin sədri Andrey Şutkin öz Telegram kanalında məlumat yayıb.

İNFOAZ.WS news24-ə istinadən bildirir ki, hadisə mayın 20-də Votkinsk rayonunun kəndlərindən birində qeydə alınıb. Yerli sakinlər yanan bir avtomobilin yaxınlığında tanınmaz hala düşmüş meyit aşkar ediblər. Ərazidə həmçinin yanmış balıqçılıq çubuğu (qarmaq) və elektrik yanğınının izləri müşahidə olunub.

İlkin araşdırmalara görə, kişi balıq tutarkən ehtiyatsızlıq edərək balıq çubuğu ilə 110 min voltluq yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə dərhal güclü elektrik şoku baş verib. Belə yüksək gərginlikdə sağ qalmaq mümkün olmayıb. Hadisə ilə bağlı İstintaq Komitəsi araşdırmalara başlayıb.

Məlum olub ki, həyatını itirən şəxs — Udmurtiya Respublikasının xalq artisti və Rusiya Federasiyasının əməkdar artisti, 77 yaşlı Vladimir Nefedov olub. O, 1978-ci ildən etibarən bütün fəaliyyətini Respublika Dövlət Opera və Balet Teatrına həsr etmişdi. Onun sənət dostları və mədəniyyət ictimaiyyəti ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki