image-tbrz
image-img_8527backend

Xalq artisti Tünzalə Ağayeva Şuşada – VİDEO

Xalq artisti Tünzalə Ağayeva Xankəndi şəhərindən sonra musiqi diyarımız olan Şuşaya yollanıb.

İNFOAZ.WS xəbər verir ki, pop ulduz “Şuşa baharı” adlı festivalda çıxış edib. Qala-konsertdə iştirak edən müğənni repertuarındaki ən unudulmayan və sevilən nəğmələrini səsləndirib.

Hər zaman bütün səhnələrinə xüsusi hazırlaşan Xalq artisti yenə də obrazı ilə gözoxşayıb. Onun geyimi üzərində yerli dizaynerlər çalışıb. Ağayevanın kardiqanın müəllifi dizayner Sevda Xəlilova, tulumu isə Lali Rüstəmova hazırlayıb. Styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.

Səhnə üçün nəzərdə tutulan obrazın makiyajını və saçını stilist Sabir Bağırov edib.

image-img_8530

image-img_8528

image-img_8527

image-img_8529


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki