image-tbrz
image-19backend

Xalq artisti Ağadadaş Ağayevə hökm oxunub

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İNFOAZ.WS xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinərək ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.(apa)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki