İnsanlar Azərbaycanda veteranlara maddi yardım üçün verilən məbləğin azlığından şikayətlənir.
Bəs veteran pulu ölkədəki inflyasiyaya və artan yaşayış xərclərini nəzərə alaraq yenidən hesablanacaqmı?
Mövzu ilə bağlı, millət vəkili Fazil Mustafa “İNFOAZ.WS” -ə bildirib ki,bu mövzu Milli Məclisin büdcə müzakirələrində də, komitə iclasında da müzakirə olunub:
“80 manat indiki inflyasiya şərtlərində çox aşağı məbləğdir. Bu koteqoriyadan olan şəxslərin də əksəriyyətinin həm psixoloji,həm də fiziki travma almış insanlar olduğunu bilirik. Bəzən deyirlər ki, saxta sənədlər istifadə edən və veteran adı daşıyan şəxslər də var. Hazırda bu şəxsləri dövlət aşkar edə bilir. Sırf buna görə həqiqətən müharibədə əziyyət çəkən şəxsləri nəzərdən qoymaq olmaz”.
Həmçinin millət vəkili bildirir ki,bu məbləğ ən azı 120-150 manat olmalıdır ki,bu kateqoriyada olan şəxslər müəyyən şərtlər daxilində həyatlarını ən azı minimum səviyyədə davam etdirə bilsinlər.
Bu mövzu dəfələrlə müzakirə olunub və dövlətin nəzərindədir. Yəqin ki,qısa zaman ərzində bu barədə qərar qəbul olunacaq,-deyə o,fikirlərini yekunlaşdırıb.
Fidan Xəlilova,