Boğaziçi Universiteti İslam Araşdırmaları Klubu (BİSAK) tərəfindən bir tədbir üçün kampusa dəvət edilən din xadimi Nurəddin Yıldıza qarşı dünən axşam saatlarında keçirilən etiraz aksiyasının ardından 97 nəfərin saxlanıldığı açıqlanıb.
İNFOAZ.WS “BBC Türkçə”ə istinadən xəbər verir ki, Sosial Doku Vəqfi Başçısı Yıldıza etirazın səbəbi daha əvvəl qadınlar və uşaqlar haqqında dediyi sözlər olub.
Yıldız 2015-ci ildə etdiyi çıxışında bu sözləri demişdi: “Uşaq yetkinlik yaşına çatmadan evlənə bilər. Evlilik uşaqlar arasında da edilə bilər. Evlilik böyüklər və uşaqlar arasında da ola bilər. Məsələn, 7 yaşlı qız 25 yaşlı kişi ilə evlənə bilər”
Türkiyə Vəkillər Kollegiyaları Birliyi (TBB) bunun “uşaqlara cinsi istismar cinayətini təşviq etdiyi” səbəbiylə cinayət işi açmışdı.
İstanbul Valiliyi mayın 13-ü axşam saatlarında sosial media hesabında bir qrup şəxslərin, tələbə klubunun tədbirinin qarşısını almaq üçün Çevik Polis İdarəsi qruplarına hücum edildiyini bildirib. Nəticədə, 13 polisin yüngül yaralandığını, 39-u qadın, 58-i kişi olmaqla ümumilikdə 97 nümayişçi nəzarətə alınıb. Bu paylaşımdan sitat gətirən jurnalist Murat Ağırel konfransa etiraz edən tələbələrin əllərinin arxadan qandallandığını, T24 müxbiri Can Öztürkün isə döyülərək saxlanıldığını yazıb.
Ağırelə cavab verən İstanbul valisi Davud Gül, “Tam olaraq belə olmadı” deyərək əlavə edib:“Bu gün Boğaziçi Universitetində Nurəddin Yıldızın konfransına mane olmağa çalışan bir qrup etirazçı çevik qüvvətlərin təhlükəsizlik əmrini pozmağa çalışıb. Etirazçıların fiziki müdaxiləsi nəticəsində 13 polisimiz təxminən 5 metr dərinliyində tikinti çuxuruna düşərək xəsarət alıb.”
CHP İstanbul İl sədri Özgür Çelik həbs olunan tələbələrlə bağlı partiyanın hüquq komissiyası ilə birlikdə Vətən küçəsində İstanbul Polis İdarəsinə getdiklərini bildirib.
Qeyd edək ki, Boğaziçi Universiteti rəhbərliyi fəallar haqqında cinayət işi açacaqlarını açıqlayıb.