Ukraynada yaxın vaxtlarda kadr dəyişiklikləri gözlənilmir, lakin ölkədə yeni baş nazirin təyin oluna biləcəyi istisna edilmir. Bu fikri MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarıxin açıqlamasında bildirib.
İNFOAZ.WS lenta ru-ya istinadən xəbər verir ki, Kiyevdə baş nazirin dəyişdirilməsi də daxil olmaqla, kadr dəyişiklikləri fəal şəkildə müzakirə olunur. Prezident ofisinin rəhbəri Andrey Yermak iqtisadiyyat naziri Yuliya Sviridenkonun Denis Şmıqalın yerinə keçməsini istəyir.
“Yaxın vaxtlarda heç bir kadr dəyişikliyi olmayacaq. Tramp (ABŞ Prezidenti) Ukrayna Prezidenti Vladimir Zelenski ilə öz təşəbbüsü ilə danışaraq ona əslində siqnal verdi ki, yaxın müddətdə Zelenski hakimiyyətdən kənarlaşdırılmayacaq. Bu, Zelenski üçün silah vədlərindən də önəmli siqnaldır. Bu o deməkdir ki, əgər Zelenski hakimiyyətdə qalırsa, onun uzun müddətdir kölgəsində olan Yermak da qalacaq, yəni Yermak təsir gücünü saxlayacaq və onun Sviridenkoya baş nazir postunu vermək istəyi böyük ehtimalla reallaşacaq,” – deyə politoloq bildirib.
Verxovna Radanın deputatı Yaroslav Jeljaznyak daha əvvəl bildirmişdi ki, Ukrayna hökumətinin tərkibi iyulun 15-də dəyişə bilər. Zelenski isə bəyan etmişdi ki, əgər o, baş naziri dəyişmək qərarına gəlsəydi, ilk növbədə onun özünü xəbərdar edərdi. O, Şmıqalla istefa ilə bağlı heç bir danışığın olmadığını əlavə edib.