Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu “yatmış” vəziyyətdədir və tərəflər istəsə, öz işini davam etdirə bilər.
İNFOAZ.WS xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) XXXIV qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.