Türkiyədə noyabrın 25-dən tədris prosesi dayandırılıb. Buna səbəb yağan güclü qar olub. Yerli hakimiyyət sakinləri yollarda diqqətli olmağa çağırıb.
Türkiyədəki hava şəraitinin Azərbaycana təsir ehtimalı böyükdür. Bunu İNFOAZ.WS -a açıqlamasında Ekoloq İlqar Xəlilov deyib.
“Əgər güclü qarın yağmasına səbəb Atlantik və yaxud Arktik hava kütlələrinin təsiri olubsa, Azərbaycanda da hava şəraiti kəskin şəkildə dəyişə bilər.
Ekoloqun sözlərinə görə yağan güclü qar ölkəmizdə ciddi fəsadlara yol açacaq:
“Əgər yağıntı Türkiyədəki kimi normadan artıq olarsa, bu yol infrastrukturuna, nəqliyyatın hərəkətinə, istilik təminatına , küçə heyvanlarının qida tapmasına təsir edə bilər”- deyə açıqlamada qeyd olunub.
Fatimə Məmmədova