Sarğını aradan qaldıracaq kəşf!
İNFOAZ.WS NTV-yə istinadla bildirir ki, Türk alimləri “yara örtüyü” hazırlayır.
Gebze Texniki Universiteti (GTÜ) Mühəndislik Fakültəsi Biyomühəndislik Bölməsinin Dr. Cansu Ülkər Turan əməliyyatdan sonra sarğı dəyişmə ehtiyacını tamamilə aradan qaldıra biləcək “yara örtüyü” üzərində çalışır.
Qeyd edək ki, bu layihə, əməliyyat sonrası yaranın sağalma müddətini qısaltmağı, eyni zamanda yaranan fəsadlar və infeksiya riskini minimuma endirməyi hədəfləyir.
Fatimə Məmmədova