image-tbrz
image-c71ad9c1-d6bc-41b1-88d1-19c17afed05f-1backend

Türkiyə ÜDM-nın nəticələrini açıqladı

Türkiyə ÜDM-nın nəticələrini açıqlayıb.

“ İNFOAZ.WS”  TRT haber-ə istinadla bildirib ki, Türkiyə Statistika Təşkilatı bu ilin üçüncü rübü (iyul-sentyabr) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.

Buna uyğun olaraq, 2024-cü ilin üçüncü rübü üçün ÜDM-in ilk təxmini zəncirlənmiş həcm indeksi olaraq, əvvəlki ilin eyni rübünə görə yüzdə 2,1 artdı.

ÜDM-i təşkil edən fəaliyyətlər araşdırıldıqda zəncirvari həcm indeksi olaraq 2024-cü ilin üçüncü rübündə bir əvvəlki ilə görə; tikinti 9,2 faiz, maliyyə və sığorta fəaliyyəti 6,2 faiz, kənd təsərrüfatı sektoru 4,6 faiz, daşınmaz əmlak fəaliyyəti 2,5 faiz, informasiya və rabitə fəaliyyəti 2,2 faiz, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial

idarəetmə, insan sağlamlığı və sosial xidmət fəaliyyətləri yüzdə 1,9 xidmətlər üzrə 1,4 fayiz artdı.Digər xidmət sahələri 2,4 faiz, sənaye sektoru 2,2 faiz, peşə, inzibati və yardımçı xidmət sahələri 0,3 faiz azalıb.

Mövsümi və təqvim təsirlərindən təmizlənmiş ÜDM-nun həcm indeksi əvvəlki rübə görə yüzdə 0,2 azaldı. Təqvimə uyğunlaşdırılmış ÜDM-nun həcm indeksi 2024-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə görə yüzdə 1,9 artdı.

Fidan Xəlilova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki