Türkiyənin Suriyadakı səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa etdi.
İNFOAZ.WS TASS-a istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin binası üzərində Türkiyə bayrağı qaldırılıb, bu isə səfirliyin fəaliyyətə başladığını göstərir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirliyin fəaliyyətini bərpa etmək qərarını təsdiqləyib. O, Suriya xalqına dəstəyin davam etdiriləcəyini və bu ərəb ölkəsinin bərpasına töhfə veriləcəyini bəyan edib.
Fatimə Məmmədova