image-9ff365b76531745d302b4be71f782d47backend

Tünzalə Ağayeva kovboy tərzində – FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva “Üzüm və şərab” festivalının bağlanış konsertində səhnəyə çıxıb.

İNFOAZ.WS xəbər verir ki, hava şəraitinin soyuq və yağmurlu olmasına baxmayaraq pop ulduz sevənlərinə unudulmaz anlar yaşadıb. Çıxışı boyunca hitlərini səsləndirən sənətçi tamaşaçıların isti münasibəti ilə qarşılaşıb. Pərəstişkarları onunla birlikdə bütün mahnılarını bir ağızdan, əzbərə söyləyiblər. Səmimi sənətçi isə öz növbəsində səhnədən enərək tamaşaçılarla ünsiyyət qurub.

Rəngli məqamlarla bol olan tədbirdə müğənni geyimi ilə də gözoxşayıb. Mavi cins parçalardan istifadə olunan kovboy tərzində olan geyimin müəllifi tanınmış dizayner Lali Rüstəmovadır.

Səhnədə onu “Tünzalə dance group” müşayiət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki