image-tbrz
Xalq artisti Tünzalə Ağayeva təyyarə qəzası ilə bağlı paylaşım edibbackend

Tünzalə Ağayeva: Bu əməli pisliyirəm

Xəbər verildiyi kimi, Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilib, onlarla insan saxlanılıb.

İNFOAZ.WS bildirir ki, hadisə ilə bağlı Xalq artisti Tünzalə Ağayeva şəxsi “İnstagram” hesabında mövqeyini paylaşıb.

“Yekaterinburq şəhərində Azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik. Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə baş sağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisliyirəm. Cinayətkarlar qanun qarşısında cavab versinlər. Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan mübasibətini göstərir. Təəssüf ki, biz qonşunu dəyişə bilmirik, amma dəyişəcəyimiz bir çox şey var. Ölkəmizdə çox sayda xalqlar, milliyyətlər yaşıyır. Biz hər birinə böyük sevgi, mərhəmət, hörmət və sayğı ilə yanaşırıq. Amma ilk növbədə özümüzü tutmalıyıq. Dilimizi, incəsənətimizi, mədəniiyətimizi ən öndə tutaq. Bir-birimizi daha çox sevək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki