Xalq artisti Tünzalə Ağayeva “Dream fest” beynəlxalq musiqi festivalında iştirak edir.
İNFOAZ.WS xəbər verir ki, festivalın ilk günündə qırmızı xalıdan keçən pop ulduz rəngli və retro ab-havalı obrazı ilə diqqət mərkəzində idi. Estrada ulduzunun geyimi “Sultan Couture” brendinə məxsusdur. Look “Sevgi obrazı” adlanır.
Qırmızı xalıdan tanınmış dizayner Orxan Sultanla birgə keçən ulduz təəssüratlarını bölüşüb: “Dream fest” Azərbaycanın ən böyük, meqa festivalıdır. Gözəl soydaşımız, dəyərli dostumuz Eminin təşəbbüsü ilə keçirilən festivalda artıq ikinci ildir iştirak edirəm. Eminə bu cür mədəni hadisələri təşkil etdiyi üçün təşəkkürümü bildirirəm. Hər şey möhtəşəmdir. Bu gün “Əfsanə adlı yeni mahnım işıq üzü gördü və onu ilk dəfə məhz “Drem fest” səhnəsində səsləndirəcəyim üçün çox həyəcanlı və xoşbəxtəm”.