image-tbrz
image-1000298424backend

Trampın bu açıqlaması dolları BAHALAŞDIRDI

ABŞ-da idxala yeni rüsumların elan edilməsi fonunda dollar əsas valyutalara nisbətdə bahalaşıb.

İNFOAZ.WS globalinfo-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın avqustun 1-dən ABŞ-a idxal edilən bütün Yaponiya və Cənubi Koreya mallarına 25%-lik rüsum tətbiq olunacağı ilə bağlı açıqlaması fonunda dollar digər əsas valyutalara nisbətən möhkəmlənib.

Belə ki, dollar indeksi 0,48% artaraq, 97,65 bənd təşkil edib.

ABŞ-ın əsas fond indeksləri isə əksinə, ucuzlaşıb. SP indeksi 0,9% azalaraq 6221 bənd olub. Dow Jones indeksi 1,2% azalaraq 44 295 bənd, NASDAQ indeksi 0,96% azalaraq 20 404 bənd təşkil edib.

DXY dollar indeksi ABŞ-ın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalar səbətinə nisbətdə dəyərini göstərir. Bura avro, Yapon yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu və İsveçrə frankı daxildir. İndeks Qitələrarası Birja (ICE) tərəfindən hesablanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki