Tramp Şuşa Media Forumu zamanı Prezident İlham Əliyevin çıxışını yenidən paylaşıb.
ABŞ Prezidenti Donald Tramp bu gün Vaşinqtonda keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Truth Social sosial şəbəkəsində maraqlı bir paylaşım edib.
Tramp öz platformasında Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Media Forumu zamanı etdiyi çıxışın videosunu yenidən izləyiciləri ilə bölüşüb. Paylaşımda forumun əsas məqamları, regional sabitlik və Azərbaycanın beynəlxalq media ilə bağlı siyasətinə dair fikirlər yer alır.
Analitiklər bu addımı Trampın Bakı ilə informasiya və siyasi əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirirlər.