image-tbrz
image-67486c262e3e367486c262e3e4173279952667486c262e3e167486c262e3e2backend

Torpaq sürüşməsi nəticəsində 20 nəfər həlak oldu

Ugandada torpaq sürüşməsi baş verib: 20 nəfər həlak olub.

İNFOAZ.WS euronews-ə istinadla bildirir ki, cümə axşamı Ugandanın şərqində torpaq altından çox sayda cəsəd çıxarılıb və yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Bu həftə baş verən torpaq sürüşmələrində ölənlərin sayı 20-yə çatıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Verilən məlumata görə , güclü yağışlar torpaq sürüşmələrinə səbəb olub. Təxminən 125 ev dağılıb.

Fatimə Məmmədova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki