image-tbrz
Tiktok Azərbaycanda bağlana bilər? - AÇIQLAMAbackend

Tiktok Azərbaycanda bağlana bilər? – AÇIQLAMA

Son zamanlar TikTok platformasında bəzi bloqerlərin etikadan kənar davranışları ilə bağlı şikayətlər artıb. Bu şikayətlər, bəzi TikTok istifadəçilərinin uyğunsuz və zərərli məzmun paylaşması ilə əlaqədardır. Ölkəmizdə də bu mövzu ilə bağlı narazılıqlar uzun müddətdir müzakirə olunur və sosial şəbəkələrdə bir çox şəxs TikTok-un qadağan edilməsini tələb edir. Bu narazılıqların nəticəsi olaraq, bəzi TikTok istifadəçiləri həbs edilib.

Bəs bu proseslərin nəticəsində TikTok Azərbaycanda bağlana bilərmi?

Mövzu ilə əlaqədar İT mütəxəssisi Elvin AbbasovİNFOAZ.WS”-ə bildirib ki, Azərbaycanda TikTok keyfiyyətli bir seqment formalaşdıra bilmədi:

Elektromobillərin yayılması şəhər həyatının keyfiyyətini necə artırır? - Elvin Abbasov
“Azərbaycanın TikTok seqmenti, təəssüf ki, daha çox intellektual sərmayəsi olmayan, özlərini qeyri-etik davranışlarla təqdim edən şəxslərdən ibarətdir. Bununla belə, intellektual kontent yaratmağı bacaran bir neçə istisnanı qeyd etmək olar. Lakin digər TikTok istifadəçiləri cəmiyyətdə mənəvi və əxlaqi dəyərləri, ədəb-ərkan qaydalarını heçə sayaraq yüngül hərəkətlər nümayiş etdirən bir kütlə yaradır.”

Mütəxəssis əlavə edib ki, bu məsələyə nəzər yetirsək, TikTok-un Azərbaycana heç bir faydası olmadığını görərik:
“Bu platformada daha çox dezinformasiyalar mövcuddur. Əgər TikTok-un Azərbaycanda bağlanılması məsələsinə məlumata əlçatanlıq prizmasından baxsaq, onun bağlanmamasını istəyərik. Amma ümumi mənzərəni nəzərə aldıqda, bu platformanın hər hansı bir faydasını görmürük.”

Eyni zamanda, mütəxəssis valideynlərə övladlarını TikTokdan uzaq tutmağı və onları faydalı işlərlə məşğul olmağa yönəltməyi tövsiyə edərək fikirlərini yekunlaşdırıb.

Fidan Xəlilova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki