Seneqalda tikilməkdə olan binanın çökməsi nəticəsində 11 nəfər ölüb.
Seneqalın mərkəzindəki Tube şəhərində tikilməkdə olan üçmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfər ölüb, 7 nəfər yaralanıb.
İNFOAZ.WS RTS radiostansiyasına istinadən xəbər verir ki, xilasetmə işlərinə xeyli insan və texniki resurs cəlb olunub.
“Mümkün sağ qalanların və digər qurbanların axtarışı davam etdirilir”, – məlumatda deyilir.
Yerli prefekt faciənin səbəbinin tikinti qaydalarına əməl edilməməsi olduğunu bildirib. Qeyd olunur ki, binanın çökməsinin dəqiq səbəblərinin və hadisəyə görə məsul şəxslərin müəyyən edilməsi üçün xidməti araşdırma başladılıb.