Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 475 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 275 mln. manat, Prezident təqaüdləri üzrə 173 mln. manat ödənilib.
Yanvar-mart aylarında 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 761 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.