image-tbrz
Tələbələrə gediş haqları ilə bağlı ŞAD XƏBƏRbackend

Tələbələrə gediş haqları ilə bağlı ŞAD XƏBƏR

Hazırda tələbələr üçün güzəştlər tətbiq olunur.Tələbə plus kartları verilir.

Bəs tələbə plus kartlarından nə kimi istifadə etmək olur?

Nəqliyyatdan hansı güzəştlərlə  istifadə edəcəklər?

Mövzu ilə bağlı Təhsil Eksperti Əmrah Həsənli  İNFOAZ.WS-ə bildirib ki,  tələbələrə  güzəşt və gələcəyimizin inkişafı üçün bu addım  atılıb.

Təhsil Eksperti Əmrah Həsənli

“Bildiyimiz kimi Tələbə plus kartları ilkin növbədə 15 ali təhsil  müəssisəsi üçün planlaşdırılmışdır.  Növbəti mərhələlərdə digər ali və orta təhsil müəssisələrini də əhatə edəcək. Ümumilikdə 250 mindən çox tələbə kartın təqdim etdiyi güzəştlərdən yararlana biləcəklər”.

Təhsil eksperti qeyd edib ki, 250-dən çox  özəl şirkət artıq bu təşəbbüsə qoşulub:

“Qurum tərəfindən ictimai nəqliyyat barəsində konkret təklifin olmadığı bildirilib. Hazırda müzakirələr davam edir. Bugünkü gündə ictimai nəqliyyatda gediş haqqı minimum 50 qəpik təşkil edir. Təklif edərdim ki , tələbələr üçün minimum gediş haqqı 30 qəpik olsun . Gündəlik ictimai nəqliyyatdan istifadə edən kütlənin bir çox hissəsi də tələbələrimizdir”.

Əmrah Həsənli rayonlararası avtobuslarda da Bakı Beynəlxalq Avtovağzalında satışda olan qiymətlərə tələbələrimiz üçün 20 faizə qədər endirim olunmasını arzu edir.

“Nəzərə almalıyıq ki,  paytaxtda təhsil alan tələbələrimizin bir çox hissəsi tələbələrdir. Kifayət  qədər tələbəmiz həftə sonu rayona üz tutur. Bu  güzəşti onlar üçün də  etmək təqdirə layiqdir”.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki