Şirvanda iki gün əvvəl yolu keçərkən avtomobilin vuraraq öldürdüyü 75 yaşlı şəxsin tanınmış SSRİ idman ustası, Əməkdar müəllim olduğu məlum olub.
İNFOAZ.WS APA-ya istinadən bildirir ki, Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərov sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar idman müəllimi olub.