image-tbrz
image-40backend

Taksi sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün aprelin 17-də imtahan keçirəcək.

DİM-dən İNFOAZ.WS-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki