image-tbrz
image-da683cbc-f149-4b0c-bb80-de603a3aecf2backend

Sürücülərə yeni məcburiyyət – Bu tarixdən etibarən

Türkiyədə sürücülərə yeni məcburiyyət tətbiq ediləcək.

“İNFOAZ.WS” TRT Haber’ə istinadla bildirib ki, Türkiyədə kommersiya avtomobilləri üçün qış təkərlərindən istifadə öhdəliyi sabahdan başlayacaq.Nəqliyyat və İnfrastruktur Nazirliyinin qaydaları çərçivəsində dekabrın 1-dən aprelin 1-dək bütün ticari avtomobillər üçün qış təkərlərinin istifadəsi məcburidir. Şəxsi avtomobillər üçün qanuni tələb olmasa da, qış təkərlərindən istifadə tövsiyə olunur.

Məcburi olmasına baxmayaraq, avtomobillərinə qış təkərləri taxmayan müəssisələrə 2024-cü il üçün 4 min 69 lirə cərimə tətbiq olunacaq. Qış təkərlərinin qoyulmamasına görə cəza 1 yanvar 2025-ci il tarixindən etibarən Xəzinədarlıq və Maliyyə Nazirliyinin elan edəcəyi yenidən qiymətləndirmə dərəcəsi çərçivəsində yenilənəcək.

Fidan Xəlilova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki