İsrailin Latakiyaya zərbəsi limana və hərbi obyektlərə təsir edib.
İNFOAZ.WS TASS-a istinadla xəbər verir ki , İsrailin Latakiyaya endirdiyi zərbələr hərbi obyektlərə və Suriya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin yerləşdiyi liman hissəsinə yönəlib.
Mənbə qeyd edib ki, İsrail tərəfindən zərbələr endirilib. Yalnız Suriya hərbi obyektləri hədəfə alınıb. Latakiyanın özü zərər görməyib, limanın Suriya ordusuna aid gəmilərinin qaldığı hissəsinə ziyan dəyib”.
Onun sözlərinə görə, İsrailin zərbələrindən sonra əyalətdə sakitlik hökm sürür. “Ərzaq, internet və su ilə vəziyyət nisbətən yaxşıdır. Şəhərdə hamı sakitdir, hər şey qaydasındadır”. – deyə əlavə edib.
Fatimə Məmmədova,