image-tbrz
image-2backend

Sumqayıtda Müşfiq Abbasovla görüş keçirildi — FOTOLAR

18 may 2025-ci ildə tanınmış detektiv yazıçı Müşfiq Abbasovla Sumqayıt şəhərində görüş keçirilib.

İNFOAZ.WS xəbər verir ki, “Manifest” kitab mağazasında baş tutan görüşdə yazıçının “Şeytanın siması”, “Qan haqqı”, “Mənfi 4” əsərləri müzakirə olunub, habelə oxucular onları maraqlandıran sualları yazıçıya ünvanlayıb.

Müşfiq Abbasov oxucularının suallarını cavablandırmaqla yanaşı son günlər cəmiyyətdə müzakirə olunan bir sıra xüsusilə ağır cinayət hadisələrinə öz münasibətini bildirib, eyni zamanda təhsil, əxlaq, gənclərin tərbiyyəsi, ailə dəyərləri və sair önəmli mövzulara toxunub.

Səmimi şəraitdə keçən görüşün sonunda yazıçı öz kitablarını oxucular üçün imzalayıb, xatirə şəkilləri çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki