image-tbrz
image-piyada-qeza-1backend

Sumqayıtda məktəblini yük maşını vuraraq öldürdü

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İNFOAZ.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Məktəbli hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki