image-tbrz
image-fhn_10_1728760339-fullbackend

Sumqayıtda binada yanğın oldu

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

Hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki