Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.
İNFOAZ.WS Azərtac-a istinadla xəbər verir ki, çökən mədən uzaq bir səhra bölgəsində yerləşir.
Qeyd olunur ki, Huveyd bölgəsində bu ilin aprel ayında da bir çox insanın yaralanması ilə nəticələnmiş oxşar hadisə baş vermişdi.
Qurbanların yaxınları və insan hüquqları sahəsində fəallar bu faciənin səbəbləri ilə bağlı təcili və müstəqil istintaqın başlanmasını, ənənəvi mədənçilik sahəsində əmək mühitinin tənzimlənməsini, axtarış-qazıntı fəaliyyətlərinə nəzarətin gücləndirilməsini, habelə bu ucqar bölgələrdə mühafizə və xilasetmə vasitələrinin təmin olunmasını tələb ediblər.