image-tbrz
image-37backend

“Son zəng”də bunları etmək qadağan edildi

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib.

İNFOAZ.WS Teleqraf-a istinadla xəbər verir ki, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər.

Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır. Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir. Azərbaycan xalq mahnıları və milli rəqslərimiz tədbir proqramına mütləq daxil edilməlidir.

Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə üstünlük verilməlidir.

Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir. Həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində tədbir idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirin ümumi müddəti 45 dəqiqə ilə məhdudlaşır.

Tədbirdə siyasi, dini, ideoloji simvolların əks olunması da yolverilməz sayılır.

“Son zəng”lə bağlı təlimatın tələblərinin pozulduğu hallar baş verərsə həmin məktəbin rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki