Rusiya Ordusu Suriyada hava dəstəyini davam etdirir.
İNFOAZ.WS TASS-a istinadən bildirir ki, Suriya ordusu Rusiyanın hava dəstəyi ilə son 24 saat ərzində Hələb və İdlib əyalətlərində terrorçuların 5 komanda mərkəzini və 7 anbarını məhv edib.
Komandanlıq “Suriya ordusunun terrorçular tərəfindən murdarlanmış Suriya torpaqlarının hər qarışı üzərində nəzarət bərpa olunana qədər öz vəzifələrinin öhdəsindən gəlməyə davam etməyə” hazır olduğunu bildirib.
Həmçinin, noyabrın 27-də səhər saatlarında “Cəbhət ən-Nusra”ekstremist qruplaşması Suriyanın şimalında genişmiqyaslı hücum həyata keçirib. Suriya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, terrorçular Suriya ordusunun müdafiə etdiyi kənd və qəsəbələrə və hərbi obyektlərə hücum etməyə cəhd edib, hökumət qüvvələrinin mövqelərinə hücumları davam etdiriblər. Noyabrın 30-da Silahlı Qüvvələrin Komandanlığı bildirib ki, ordu Hələb şəhərinin bir çox məhəllələrinə nüfuz etməyə nail olub və əlavə qüvvələr gözləyən terrorçuların mövqelərini hədəfə alıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin bəyanatına görə, Suriya ordusu mülki əhalinin və əsgərlərin həyatını qorumaq və əks hücuma hazırlaşmaq üçün qüvvələrini yenidən toplamaq məcburiyyətində qalıb.
Fidan Xəlilova