image-tbrz
SON DƏQİQƏ! ABŞ təyyarələri kütləvi şəkildə hərəkətə keçdibackend

SON DƏQİQƏ! ABŞ təyyarələri kütləvi şəkildə hərəkətə keçdi

Amerika tanker təyyarələri ABŞ bazalarını kütləvi şəkildə tərk edir, ehtimal ki, İran və İsrail arasında döyüşlərə qoşula bilər.

İNFOAZ.WS oxu24-ə istinadən  xəbər  verir    ki,   bu  barədə  Military Watch Magazine (MWM)  məlumat yayıb.

 “ABŞ Hərbi Hava Qüvvələri Amerika materikindəki bazalardan KC-135 və KC-46 hava tankerlərinin görünməmiş kütləvi şəkildə Atlantik okeanı boyunca yerləşdirilməsi həyata keçirib və bu, təyyarənin davam edən İsrail-İran müharibəsi üçün nəzərdə tutula biləcəyi ilə bağlı ciddi fərziyyələrə səbəb olub”,-deyə   sayt yazır.

Nəşrin  versiyasına  görə, təyyarələr İsrail qüvvələrinə yanacaq doldurmaq üçün Yaxın Şərqə göndərilib.

Jurnalın məlumatına görə, təyyarələrin sayı artıq 30-u keçib, lakin onların sayı artmaqda davam edir.

Qeyd edək ki, İran daha öncə  döyüşlərlə  bağlı  rəsmi bəyanat yaymışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki