image-tbrz
Sofiya yaxınlığında qatarlar toqquşdu - İtkin düşən və yaralananlar varbackend

Sofiya yaxınlığında qatarlar toqquşdu – İtkin düşən və yaralananlar var

Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Kremikovtsi dəmir yolu stansiyasında iki yük qatarı toqquşub.

Bu barədə BTV məlumat yayıb.

Bildirilir ki, qeyri-rəsmi məlumata görə, iki nəfər itkin düşüb, altı nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım qrupları və polis göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki