image-tbrz
image-29backend

SEPAH generalı Hacızadə öldürülüb?

Sosial media platformalarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin rəhbəri Əmirəli Hacızadənin öldürüldüyü barədə məlumatlar yayılıb.

İNFOAZ.WS xəbər verir ki, İranın rəsmi mediası məlumatı təkzib edib.

“SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadəyə sui-qəsd edilməsi barədə xəbərlər şaiiədir və bu, ölkənin psixoloji atmosferində qorxu və pozuntu yaratmaq məqsədi daşıyır”, – SEPAH-a bağlı “Fars” agentliyi yazıb.

Agentlik Hacızadənin vəzifələrini icra etdiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki