image-tbrz
təcili tibbi yardımbackend

Şəkidə avtomobillə motosiklet toqquşub, ölənlər var

Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol qəzasında iki nəfər ölüb.

Hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki