image-tbrz
image-16backend

Sabah bəzi ərazilərdə 22 dərəcə isti olacaq

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeronda hava şəraiti

Milli Hidrometeorologiya Xidmətindən İNFOAZ.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Temperatur və külək proqnozu

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Rayonlarda gözlənilən hava durumu

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki