image-tbrz
image-qazbackend

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə İNFOAZ.WS-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Biləcəri qəsəbəsi, N. Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 18-də saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki