image-tbrz
image-havabackend

Sabah Bakıda 27 dərəcə isti olacaq

Aprelin 26-ı hava necə olacaq?

Aprelin 26-da gözlənilən hava şəraiti açqılanıb.

Bu barədə İNFOAZ.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakı və Abşeron yarımadasında gözlənilən hava

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki