Mövzu ilə bağlı politoloq Səxavət Məmməd İNFOAZ.WS-a açıqlamasında təyyarə qəzasında Rusiyanın əli olduğunu xüsusi olaraq vurğulayıb.
“Təyyarə Azərbaycandan Qroznıya uçub gedir və məcburi eniş etmək üçün Qazaxıstana gəlir. Bu o deməkdir ki, təyyarənin başına hər nə gəlirsə, Rusiya səmasında, Rusiya hava limanında baş verir”.
Onun sözlərinə görə, Çeçenistan rəhbəri öz əmisi oğlunu bir gün sonra Qroznı səmasındakı Ukrayna PUA-larını vurduğuna görə təltif də edib.
“Məlum məsələdir ki, Qroznı səmasında hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri işlək vəziyyətdə olub”.
Politoloq açıqlamasında öz şəxsi düşüncəsi olaraq qeyd edib ki, dronları vurarkən təyyarə xəsarət ala bilər. Bundan əlavə, radioelektron mübarizə vasitələri işlədiyi vaxtda təyyarənin radardan itməsi halı baş verə bilər. Buna görə də təyyarədə nasazlıq yaranıb və nəticədə təyyarə sıradan çıxıb.
“Rusiya Azərbaycandan rəsmi olaraq üzr istəməlidir. Bu məsələyə görə günahkar olan şəxslər cəzalandırılmalıdır”.
Fatimə Məmmədova