Azərbaycan Rusiyanı ərzaq məhsullarına məhdudiyyət qoymaqda ittiham etdi.
İNFOAZ.WS lenta ru-ya istinadən xəbər verir ki,bu barədə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası rəhbəri Bəşir Quliyev yerli Minval.az portalına açıqlama verib.Quliyevin sözlərinə görə, Rusiya Rosselhoznadzor vasitəsilə diplomatik münasibətlər gərginləşdikdə qonşu ölkələrdən idxal olunan məhsullarda guya “zərərli maddələr” aşkar etdiyini bildirir. Hazırda bu yanaşmanın Azərbaycandan ixrac edilən meyvə-tərəvəzlərə, xüsusilə də pomidorlara qarşı tətbiq olunduğu qeyd olunur.
Azərbaycana qarşı əsas hədəf meyvə və tərəvəzlərdir. Bu cür yanaşma nəticə etibarilə genişmiqyaslı ticarət müharibəsinə səbəb ola bilər ki, bu da nə Moskva, nə də Bakı üçün əlverişlidir.
Xatırladaq ki, iyulun əvvəlində Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı keçirdiyi əməliyyatlardan sonra gərginlik daha da artıb. Bu hadisədən sonra Milli Məclisin deputatı Rasim Musabəyov iki ölkə arasında iqtisadi dialoqun dayandırıldığını açıqlayıb. Nəticədə bir sıra böyük layihələrin reallaşması sual altına düşüb.