image-tbrz
Rusiyada qatarlar toqquşdu: 1 ölü, 17 yaralıbackend

Rusiyada qatarlar toqquşdu: 1 ölü, 17 yaralı

Murmansk ərazisində yük və sərnişin qatarları toqquşub.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.

Qatarda 326 sərnişinin olduğu bildirilib. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

***

Rusiyada qatarların toqquşması nəticəsində 14 nəfər yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

***

Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarının toqquşması nəticəsində xəsarət alan qadın xəstəxanaya aparılarkən ölüb.

Bu barədə regionun əməliyyat xidmətlərindən məlumat verilib.

***

Murmansk vilayətində qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.

Bu barədə TASS-a səhiyyə qurumlarından məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki