image-tbrz
image-image_940x_6869331b9ad3dbackend

Rusiya nümayəndəliyinə HÜCUM

Bu gecə saat 03:30-da Rusiyanın İsveçdəki ticarət nümayəndəliyi yenidən hücuma məruz qalıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə diplomatik missiyanın Teleqram kanalında məlumat verilib.

Hadisə zamanı əraziyə pilotsuz uçuş aparatından boya dolu paket atılıb.

Sonuncu belə hadisə iyunun 17-də qeydə alınıb.

“Stokholm hakimiyyəti başa düşməlidir ki, bu vəziyyətə görə tam məsuliyyət daşıyır”, – diplomatik missiyanın məlumatında vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki