Daxili İşlər Nazirliyi Rusiya vətəndaşının pasportunda iki əlavə işarənin adını açıqlayıb.
İNFOAZ.WS MKRU-ya istinadla bildirib ki, Rusiya Federasiyası vətəndaşının pasportunda iki işarə istəyə bağlıdır – bunlar vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və qan qrupu haqqında məlumatdır. Lakin vətəndaş onları sənədə daxil etmək hüququna malikdir. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin materiallarında məlumat verilib.
Əvvəllər bildirilmişdi ki, pasport verilərkən və ya dəyişdirilərkən yaşayış yeri üzrə qeydiyyata düşmə və ya qeydiyyatdan çıxarılma işarələri, habelə hərbi xidmətlə bağlı məlumatlar göstərilir.
Fidan Xəlilova