Rusiya Ukraynada hərbi əməliyyatlarını davam etdirir.
“İNFOAZ.WS” TASS-a istinadla xəbər verir ki, “Rubikon” FPV-dron mərkəzinin əməliyyatları nəticəsində Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinə (VSU) məxsus zirehli döyüş maşını məhv edilib.
Rusiya Hərbi İdarəsinin açıqlamasına əsasən, Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Rubikon” pilotsuz texnologiyalar və sınaq mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukrayna Silahlı Qüvvələrinə məxsus zirehli texnikaları və qırıcıları aşkar edib.
Fidan Xəlilova