Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir.
İNFOAZ.WS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Bakı və İrəvanı təmkinli olmağa, deeskalasiya ilə bağlı addımlar atmağa, gərginliyə gətirib çıxaracaq hər hansı fəaliyyətdən qaçmağa çağırıb: “Bütün zəruri məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.
Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası sülh müqaviləsinin imzalanması üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında, habelə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq nəqliyyat kommunikasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında və humanitar məsələlərin həllində tərəfdaşlarına kömək etməyə hazırdır.