Ufada qüllə kranı aşıb.
İNFOAZ.WS MKRU-ya istinadla bildirir ki, Başqırdıstan Respublikasının Daxili İşlər və Rabitə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə , Ufada yaşayış evinin tikintisi zamanı kabinli qüllə kranı aşıb.
Bildirilib ki,kran 20 metr hündürlükdən düşüb. Kabinədə olan 2 şəxs isə, beyin silkələnməsi və döş qəfəsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Binada baş verən hadisənin səbəbi isə,hələ də araşdırılır.
Fidan Xəlilova